Dərsdinləmələr davam edir
09.12.2023-cü il tarixdə 6"B" sinfində riyaziyyat fənni üzrə, 6"A" sinfində isə Həyat bilgisi fənni üzrə 2 maraqlı dərs dinlənilib. Nəsibə Məmmədovanın təqdim etdiyi riyaziyyat dərsinin mövzusu "Müxtəlif işarəli ədədlərin toplanması" olub. Narifə Məmmədovanın təqdim etdiyi Həyat bilgisi fənni üzrə dərsin mövzusu isə "Bir maddədən yeni maddənin alınması" olub. Hər iki dərs canlılığı və əyaniliyi ilə yadda qalıb. Dərslər məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən dinlənilib və ətraflı müzakirə edilib.