Kiçik Akademiyanın hesabat iclası keçirilib

30.12.2022-ci il tarixdə 96 nömrəli məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın birinci yarımil üçün hesabat iclası keçirilib. İclas dövlət himninin səslənməsi ilə başlayıb. İlk öncə Akademiyanın prezidenti Nigar Süleymanova qonaqları salamlayaraq, Kiçik Akademiyanın təsis edildiyi vaxtdan bu günədək orada mövcud olan kafedralar və bu kafedraların fəaliyyət istiqamətləri barədə ümumi məlumat verib. Daha sonra söz şagirdlərə verilib. İlk öncə texniki kafedranın üzvlərinin "Kompyuter oyunlarının uşaqlar üzərində təsiri" və "Numeralogiya" mövzusunda təqdimatları dinlənilib. Daha sonra təbiət kafedrasının üzvləri "Tullantıların təbiətə təsiri" və "Şokalad" mövzusunda təqdimat ediblər. Ən son təqdimat humanitar kafedranın payına düşüb. Onların mövzusu isə "Azərbaycan nefti" olub. Bütün təqdimatlar bir-birindən maraqlı və aktual olub. Şagirdlər tərəfindən maraqla dinlənilib. Sonda məktəbin direktoru Mehriban Hacıyeva çıxış edərək maraqlı tədqiqat işlərinə görə kafedra rəhbərlərinə və kafedra üzvlərinə təşəkkür edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi