Şagird ekspert qrupu ilə növbəti görüş keçirilib

28.12.2022-ci il tarixdə məktəbdə artıq ötən tədris ilindən fəaliyyət göstərən şagird ekspert qrupu ilə məktəb rəhbərliyinin dekabr ayı üçün hesabat görüşü keçirilib. Görüşdə hər sinifdən bir nəfər olmaqla ekspert kimi seçilib. Təyin olunmuş şagirdlər ay ərzində məktəbin tədris və təşkilati fəaliyyətində cərəyan edən hadisələr, situasiyalar, onları narahat edən problemlər və ya məmnun edən işlər barədə fikirlərini bildiriblər. Rəhbərlik ekspertləri dinləyib, aidiyyatı məsələləri yönləndirib, onların suallarına cavab verib və təkliflərini qeyd edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi