Qalib layihəmiz çərçivəsində 11,12 və 13-cü terapiya məşğələləri keçirilib

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsində məktəb nominasiyası üzrə qalib olan layihəmiz Sensor İnteqrasiya (Duyğu bütünləmə) layihəsi çərçivəsində 11, 12 və 13-cü terapiya məşğələləri keçirilib. Məşğələlər boyunca şagirdləri müşayət edən valideynlər görülən işlərdən məmnun qalıblar. Həm müəllimlər, həm də valideynlər duyğusal və motor problemi olduğu üçün layihəyə cəlb edilmiş bu şagirdlərdə terapiyalar müddətində hiss ediləcək qədər mühim korreksiya müşahidə olunduğunu vurğulayıblar. Layihə rəhbəri Mehriban Hacıyeva son məşğələlərdə uşaqlarla keçirilən öyrədici aktivitələri onlarla birgə yerinə yetirib və müəllimləri ilə birgə xoş sözlər söyləyərək onları öyrənməyə həvəsləndirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi