Azərbaycan dili fənni üzrə dərs dinləmələr davam edir
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/167220313563abcb7f034283.39273545.jpg)
Ana dili fənni üzrə növbəti nümunə dərs müəllim Ofeliya Məmmədovanın təqdimatında olub. Dərs 5"A" sinfində keçirilib. Mövzu "Fırtınada yatan adam" olub. Dərs boyunca şagirdlər fəal tədqiqatçı, müəllim isə bələdçi olub. Dərs məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova, psixoloq Sevinc Abdullayeva və fənn müəllimləri tərəfindən dinlənilib. Dərs qənaətbəxş və məqsədinə nail olmuş dərs hesab edilib.