BŞTİ-nin növbəti monitorinqi keçirilib

27.12.2022-ci il tarixdə Bakı şəhərinin ümumtəhsil məktəblərində BŞTİ-nin xətti ilə VII və IX siniflərdə növbəti monitorinq keçirilib. 96 nömrəli məktəbdə də hər iki sinif paralelində BŞTİ-nin göndərdiyi sual kitabçaları əsasında şagirdlərin bilik və bacarıqları yoxlanılıb. Həm VII, həm də IX siniflərdə şagirdlər eyni material əsasında monitorinq ediliblər. Xatırladaq ki, noyabr ayının 24-də idarə tərəfindən aparılmış monitorinqdə isə həm VI, həm də IX siniflərdə eyni material əsasında yoxlama məqsədli imtahan keçirilmişdi. Ötən monitorinqin məqsədi VI və IX siniflərdə, bu monitorinqin məqsədi isə VII və IX siniflərdə şagirdlərin bilik və bacarıqlarının səviyyəsini ölçmək, IX siniflərdə VI-VII sinif səviyyəsindəki akademik problemləri aşkarlamaq olub. Monitorinq saat 10.00-da başlayıb və 2,5 saat davam edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi