"Biliyini paylaş" layihəsinə qoşulmuş müəllimimiz Lalə Mustafayevanın komandası öz işini yekunlaşdırıb
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/167203615563a93f3b79cb94.28160744.jpg)
"Layihə əsaslı dərslərdə qiymətləndirmə üsulları" mövzusu ilə "Biliyini paylaş" layihəsinə qoşulmuş ibtidai sinif müəllimimiz Lalə Mustafayevanın mentorluğu altında komandadakı digər müəllimlər də növbə ilə layihə əsaslı nümunə dərslərini təqdim ediblər. Bu komandaya məktəbin ibtidai sinif müəllimləri Ceyran İsayeva, Fəridə İsgəndərova, Təranə Möhsünova, Çiçək Daşdəmirova və Xanım Ələkbərova qoşulub. Onların birgə işlədikləri layihənin mövzusu "Sağlam qida" olub. İlkin təqdimatı edən Lalə Müstafayevanın ardınca bu mövzuda layihənin davamı kimi təqdimat edən müəllimlər 1"A", 1"C", 3"B", 3"C" və 4"C" siniflərində sağlam qidanın orqanizmə təsiri, düzgün qida rasionu, qida ilə uşağın əqli və fiziki inkişafının asılılığının xarakteristikası və s.istiqamətlərdə şagird araşdırmalarını yekunlaşdırıblar. Müəllimlər əsas diqqəti layihə işinin yekun məhsulu olan təqdimatların müxtəlif aspektlərdən və doğru qiymətləndirilməsi məsələsinə yönəldiblər. Onlar çalışıblar ki, bu prosesdə Lalə Mustafayeva ilə metodik seminarda müzakirə etdikləri və öyrəndikləri nüanslara diqqət yetirsinlər.