Ana dilindən maraqlı bir dərs təqdimatı olub
22.12.2022-ci il tarixdə 96 nömrəli məktəbin 6"D" sinfində yaddaqalan, maraqlı bir ana dili dərsi dinlənilib. Sinifdənxaric oxu kontekstində "31 dekabr Azərbaycan xalqının həmrəyliyi günüdür" mövzusuna həsr edilmiş bu dərsdə modelləşdirmə, rollu oyun kimi novator iş üsullarından məharətlə istifadə edilib. Müəllim Məsumə Cavadovanın təqdimatında olan bu dərs şagirdlərin fəallığı, mövzunun inteqrativliyi, aktuallığı və təlimin müasir normativlərə cavab verməsi ilə yadda qalıb. Dərs məktəb rəhbərliyi, fənn müəllimləri və valideynlər tərəfindən dinlənilib.