"Biliyini paylaş" layihəsinə qatılmış müəllimimiz "Layihə əsaslı dərslərdə qiymətləndirmə üsulları" mövzusu üzrə təqdimat-dərs verib.

BŞTİ-nin təşkil etdiyi "Biliyini paylaş" layihəsinə "Layihə əsaslı dərslərdə qiymətləndirmə üsulları" mövzusu ilə qatılmış məktəbimizin ibtidai sinif müəllimi Lalə Mustafayeva 20.12.2022-ci il tarixdə layihə iştirakçıları üçün maraqlı bir təqdimat-dərs təşkil edib. Layihə əsaslı bu dərsin mövzusu "Sağlam qida Rasionumuzda meyvə-tərəvəzlərin yeri" olub. Layihənin son məhsulu isə şagirdlərin öz tədqiqatlarının yekunu kimi hazırladıqları "Meyvə-tərəvəzlərin əlifbası" adlı vəsait olub. Bu vəsaitdə şagirdlər tanıdıqları bütün meyvə-tərəvəz adlarını əlifba sırası ilə yerləşdiriblər.Onlar vəsaitdə əks olunmuş hər bir adın qarşısına çəkdikləri uyğun rəsmi də əlavə ediblər. Dərs çox maraqlı, yaradıcı və məhsuldar olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi