Şagirdimiz Respublika uşaq rəsm müsabiqəsində qalib olub

Məktəbimizin 8"B" sinif şagirdi Amina Nuriyeva Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Televiziyasının və Xətai Sənət Mərkəzinin birgə təşkil etdiyi "Doğma diyar Azərbaycan" adlı Respublika uşaq rəsm müsabiqəsində fərqlənənlərdən olub. Məktəbin direktoru Mehriban Hacıyeva 21.12.2022-ci il tarixində çəkdiyi rəsmlərlə qəlbləri fəth etməyi bacaran şagirdimizlə görüşüb, onu təbrik edib, ona uğurlar arzu edib.