IV siniflərdə riyaziyyat fənni üzrə monitorinq keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/167168300463a3dbbcc99595.26999204.jpg)
IV siniflərdə riyaziyyat fənni üzrə tədrisin keyfiyyətini yoxlamaq, təhsilalanların müəyyən edilmiş təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyələrini ölçmək və inkişafın dinamikasını analiz etmək üçün monitorinq keçirilib. Məktəbin 4"A", 4"B",4"C" sinfində təhsil alan 87 şagird monitorinqə cəlb edilib. Suallar tədris proqramında əks olunan standartlar əsasında 4 səviyyədə, açıq və qapalı formatda hazırlanıb. Monitorinq aparılan otaqlara öncədən müəyyən edilmiş nəzarətçilər təhkim olunub.