Açıq dərslərimiz davam edir
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/167161093063a2c23255c525.51851648.jpg)
20.12.2022-ci il tarixdə məktəbimizin 9"C" sinfində Azərbaycan dili müəllimi Aygün Qəhrəmanovanın bələdçiliyi ilə nümunə dərs təqdim edilib . Dərsin mövzusu "Məndə ixtiyar olsa idi" olub. Dərs maraqlı bir beyin həmləsi ilə başlayıb. Şagirdlər dərsin məqsədinə nail olmaq üçün tətbiq edilən bütün iş üsullarını bacarıqla yerinə yetiriblər. Dərs məktəbin direktor müavini Mahirə Rüstəmova və fənn müəllimləri tərəfindən dinlənilib.