İbtidai siniflərdə əsas fənlər üzrə dərsdinləmələr davam edir
19.12.2022-ci il tarixdə 2"A" sinfində riyaziyyat fənni üzrə "Müstəvi və fəza fiqurları" mövzusunda dərs dinlənilib. Dərs ibtidai sinif müəllimi Səidə Səmədovanın fasilitatorluğu ilə təqdim edilib. İkincilər dərs boyunca bütün tapşırıqları həvəslə və fəallıqla yerinə yetiriblər. Dərs təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova və sinif müəllimləri tərəfindən dinlənilib və müəllimin iştirakı ilə əhatəli şəkildə müzakirə edilib