96 nömrəli tam orta məktəb Sabunçu rayonu üzrə "Ən yaxşı məktəb saytı" nominasiyasında qalib olub

16.12.2022-ci il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsində Mehriban xanım Vəliyevanın, idarənin İnformasiya təminatı şöbəsinin əməkdaşlarının və məktəb direktorlarının iştirakı ilə görüş keçirilib. Görüşün məqsədi 2021-2022-ci tədris ilində məktəb saytlarının tərtibatı, işlənilməsi, paylaşılan informasiyanın dolğunluğu, doğruluğu, aktuallığı və zənginliyi meyarları üzərindən dəyərləndirilərək hər rayon üzrə ayrılıqda müəyyən edilmiş" Ən yaxşı məktəb saytı" nominasiyasında qalib məktəblərin təltif edilməsi olub. Sevindirici haldır ki, 96 nömrəli tam orta məktəb bu nominasiya üzrə Sabunçu rayon məktəbləri arasında qalib olub. Əməyə verilən dəyərə görə məktəb kollektivi adından BŞTİ-nin müdiri Mehriban xanım Vəliyevaya təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi