II siniflərdə əsas fənlər üzrə dərsdinləmələr aparılıb
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/167160960163a2bd0143c937.98755600.jpg)
16.12.2022-ci il tarixdə məktəbin 2"C" sinfində riyaziyyat fənni üzrə və 2"B" sinfində ana dili fənni üzrə dərsdinləmələr aparılıb. 2"C" sinfinin sinif müəllimi Kəmalə Cəbiyeva müxtəlif təlim üsullarından istifadə edərək "Fəza fiqurları" mövzusunda maraqlı bir dərs təqdim edib. 2"B" sinfinin sinif müəllimi Pərvanə Qurbanova isə "Yaxınmənalı və əksmənalı sözlər" mövzusunda inteqrativ dərs qurmağı bacarıb. Hər iki dərs məktəb rəhbərliyi və ibtidai sinif müəllimləri tərəfindən dinlənilib və ətraflı müzakirə edilib.