VIII sinif şagirdləri ilə reproduktiv sağlamlıq mövzusunda görüş təşkil edilib

16.12.2022-ci il tarixində 96 nömrəli tam orta məktəbdə VIII sinif şagirdləri üçün reproduktiv sağlamlıq mövzusunda görüş təşkil edilib. Məqsəd yeniyetməlik dövründə olan bu şagirdlərlə maarifləndirici söhbət aparmaq, onlara öz sağlamlığını, səhhətini və gələcəyini yarana biləcək aktual təhlükələrdən qorumaq üçün müəyyən qabaqlayıcı təlimatlar vermək olub. Görüşdə məktəbin tərbiyə işləri üzrə təşkilatçısı Nigar Süleymanova, psixoloqu Sevinc Abdullayeva, biologiya müəllimi Afaq Əhmədova və tibb bacısı Aidə Məmmədova çıxış ediblər. Daha sonra uşaqları maraqlandıran suallara cavab verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi