Duyğu bütünləmə istiqamətində 9-cu və 10-cu terapiya məşğələləri də yekunlaşıb

14.12.2022-ci il və 16.12.2022-ci il tarixlərində duyğu bütünləmə istiqamətində 9-cu və 10-cu terapiya məşğələləri keçirilib. VI Qrant müsabiqəsində qalib gəlmiş Sensor İnteqrasiya layihəsi çərçivəsində təşkil edilmiş 10 terapiya məşğələsinin korreksiyaedici nəticələri artıq valideynlər və müəllimlər tərəfindən aydın şəkildə hiss edilir və təsdiqlənir. Son iki terapiya məşğələsində peşəkar təlimçi Toğrul Eyyublu terapiya otağına yeni gətirilmiş effektiv alətlərdən istifadə edib və bu alətlər şagirdlərin daha çox marağına səbəb olub. Onlar həvəslə təlimçinin təlimatlarına əməl ediblər. Müəllimlərimiz artıq müəyyən bacarıqlara sahibləniblər. Toğrul Eyyublu layihə rəhbəri Mehriban Hacıyeva ilə olan hesabat xarakterli görüşdə qeyd edib ki, növbəti 5 yekun məşğələdə müəllimlərin şagirdlərlə müəyyən işləri sərbəst yerinə yetirməsinə şərait yaradacaq və onların hansı səviyyədə bacarıqlar əldə etdiyini müəyyənləşdirəcək. Ehtiyac yaranarsa onlar üçün əlavə seminar təşkil ediləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi