Ana dili fənni üzrə dərs dinləmələr davam edir

15.12.2022-ci il tarixdə fənn aylıqlarının qrafikinə uyğun olaraq növbəti dərs dinləmə 7"A" sinfinin Azərbaycan dili dərsində aparılıb. Dərs fənn müəllimi Nailə Səfərova tərəfindən təqdim edilib. Dərsin mövzusu "Felin təsriflənməyən formaları" olub. Dərsdə şagirdlərin fənn üzrə yüksək hazırlığı və davamlı fəallığı məktəb rəhbərliyinin və dərsi dinləyən fənn müəllimlərinin diqqətindən yayınmayıb. Müəllim fəal təlimin müxtəlif forma və üsullarını məqsədəmüvafiq şəkildə dərsə tətbiq etməyi bacarıb. Dərsdə verilmiş zaman kəsiyində təlim məqsədinin reallaşması baş tutub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi