"Müasir dərs və müasir dərsə verilən tələblər" mövzusunda silsilə metodik seminarlar davam edir
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/167160727863a2b3ee371855.83296346.jpg)
96 nömrəli məktəbin pedaqoji heyəti üçün məktəbin direktoru Mehriban Hacıyeva tərəfindən təşkil edilən "Müasir dərs və müasir dərsə verilən tələblər" mövzusunda metodik seminarlar həftəiçi silsilə şəklində davam edib. 14.12.2022-ci il tarixdə təşkil edilmiş seminarda fizika, kimya, biologiya, informatika və riyaziyyat fənnini tədris edən müəllimlər iştirak ediblər. Seminar saat 14.00-da başlayıb və saat 17.00-da başa çatıb. Seminarda müəllimlər qrup şəklində öz fənləri üzrə hər hansı bir mövzunu götürərək gündəlik (cari) planlaşdırma aparıblar. Daha sonra yazılmış icmallar müzakirə edilib, seçilmiş standartlar və mövzu üzərindən hansı qrup tərəfindən təlim məqsədinin, qiymətləndirmə meyarlarının, iş formalarının və iş üsullarının daha məqsədəmüvafiq seçilməsi və iş vərəqlərində verilmiş tapşırıqların təlim məqsədini nə dərəcədə reallaşdırılması müəyyən edilib. Seminar maraqlı və məhsuldar keçib.