Oxu bacarıqları yoxlanılıb
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/167160316163a2a3d995e759.62119213.jpg)
14.12.2022-ci il tarixdə 96 nömrəli tam orta məktəbin 4"B" sinfində şagirdlərin oxu bacarıqları yoxlanılıb. Təlimata əsasən ibtidai siniflərdə oxu bacarığı əsasən iki istiqamətdə inkişaf etdirilir:
1. Oxu texnikasının inkişafı (sürətli, ifadəli oxu).
2. Oxuyub anlama bacarığının inkişafı (şüurlu oxu).
Buna əsaslanaraq 1ci addım kimi burada uşaqların sürətli və ifadəli oxu bacarıqları dəyərləndirilib. Dərsdə dinləyici kimi kitabxana müdiri Ofeliya İsmayılova və kitabxanaçı Təranə Cəfərova da iştirak edib.