Şagird davranış qaydaları barədə məlumat lövhələri hazırlanıb
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən qəbul edilmiş "Ümumi Təhsil müəssisələrində şagird davranış qaydaları" təlimatında əks olunmuş qaydalar barədə şagirdləri ətraflı məlumatlandırmaq üçün məktəb rəhbərliyi tərəfindən məlumat lövhələri hazırlanıb. Lövhələrdə davamiyyət və punktuallıq, geyim və xarici görünüş, təhlükəsizlik, ünsiyyət, müəssisənin əmlakına və şəxsi əmlaka qayğı və son olaraq şagirdin etik davranış qaydalarını əks etdirən ayrı-ayrı punktlar öz əksini tapıb. Məlumat lövhələri hər bir sinif otağında və hər mərtəbənin girişində yapışdırılıb. Sinif rəhbərlərinə tapşırılıb ki, sinif təşkilat saatında şagirdləri davranış qaydaları ilə ətraflı tanış etsin, eləcə də onları tətbiq ediləcək intizam və rəğbətləndirmə tədbirləri barədə də məlumatlandırsın.