"Biliyini paylaş" layihəsi çərçivəsində seminar təşkil edilib

Bakı şəhəri 96 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Lalə Mustafayevanın təqdimatında BŞTİ-nin təşkilatçılığı ilə keçirilən "Biliyini paylaş" müsabiqəsinə təqdim edilmiş "Layihə əsaslı dərslərdə qiymətləndirmə üsulları" layihəsi çərçivəsində ilk metodiki seminar təşkil edilib.

Seminarda layihədə iştirak edən ibtidai sinif müəllimləri İsgəndərova Fəridə, İsayeva Ceyran, Möhsünova Təranə, Daşdəmirova Çiçək, Ələkbərova Xanım və məktəbin direktoru Mehriban Hacıyeva iştirak ediblər. Lalə Mustafayeva mövzu ətrafında əhatəli təqdimat edib. Mehriban Hacıyeva müəllimləri maraqlandıran məsələlərə aydınlıq gətirib. Daha sonra həyata keçiriləcək birgə layihənin planlaşdırılması və təqvimləşdirilməsi aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi