Ana dilində nümunə dərs dinlənilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16709307306398612a4f50f8.32978642.jpg)
Bakı şəhəri 96 nömrəli tam orta məktəbin 7"B" sinfində ana dili müəllimi Ülviyyə Musayevanın təqdimatında "Qələbə müjdəsi" mövzusunda nümunə dərs dinlənilib. Dərs fəal dərsin elementlərini özündə əks etdirib. Şagirdlər dərs boyu aktiv olub.
Müəllim dərsin məqsədinə uyğun təlim formaları və üsulları seçib. Dərs məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən dinlənilib və qənaətbəxş hesab edilib.