"Kiçik Akademiya"nın üzvləri ADNSU-nun kimya texnologiyaları labaratoriyasında olublar
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/167092922163985b453bb961.28923059.jpg)
96 nömrəli tam orta məktəbin "Kiçik Akademiya"sının təbiət kafedrasının üzvləri və vitse-prezidenti Şəbnəm Rəhimova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya texnologiyası fakültəsində "Qida mühəndisliyi" ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri ilə görüşüblər.
Görüşdə şagirdlərimizin əsas hədəfi "Kiçik Akademiya"nın təbiət kafedrasında birinci yarım ilin Fəaliyyət Planında əksini tapan "Şokalad yağının hazırlanması" mövzusu üzrə tədqiqat aparmaq, prosesləri tələbələr ilə birgə labaratoriya şəraitində öyrənmək və mövzu üzrə biliklərini genişləndirmək olub. Şəbnəm müəllimin bələdçiliyi ilə tədqiqat qrupu universitetdə məhsuldar bir gün keçirib.