"Kiber təhlükəsizlik" mövzusunda maraqlı bir inteqrativ dərs dinlənilib

12.12.2022-ci il tarixdə 10 "T" təbiət təmayüllü sinfimizdə "Kiber təhlükəsizlik" mövzusunda maraqlı bir inteqrativ dərs dinlənilib. Dərs məktəbin informatika müəllimi Şəfiqə Salmanovanın və biologiya müəllimi Afaq Əhmədovanın təqdimatında təşkil edilib. Bu maraqlı inteqrativ dərs həyatla əlaqəsi, əyaniliyi və aktuallığı ilə yadda qalıb.Uşaqların fəallığı, mövzu üzrə hər iki fənnin uyğun məzmun standartlarına inteqrasiya etmək bacarıqları dərsi dinləyənlərin diqqətindən yayınmayıb. Dərs məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindın uğurlu dərs kimi qiymətləndirilib.