Qrant layihəmiz çərçivəsində 7-ci və 8-ci terapiya məşğələləri keçirilib

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsində qalib gəlmiş Sensor İnteqrasiya adlı layihəmizin həyata keçirilməsi istiqamətində işlər yüksək məhsuldarlıqla davam edir. 12.12.2022-ci il tarixdə layihə çərçivəsində nəzərdə tutulmuş 15 məşğələdən 7-ci və 8-ci terapiya məşğələləri artıq reallaşdırılıb. Məşğələ boyunca məktəbin ibtidai sinif müəllimləri cədvəl üzrə müəyyənləşdirilmiş şəkildə təlimçinin terapiyalarında iştirak edib, ondan praktiki olaraq müəyyən bilik və səriştə öyrənməyə çalışıblar. Onların bu məsələdə peşəkarlaşmağı layihənin növbəti illərdə davamlılığının təmin edilməsi üçün əsas şərtdir. Layihənin gedişindən və görülən işlərdən razılıq edən valideynlər məktəb rəhbərliyi ilə görüşdə övladlarının bu terapiyalarda xeyli irəliləyiş əıdə etdiklərini vurğulayıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi