"Müasir dərs və müasir dərsə verilən tələblər" mövzusunda metodik seminar təşkil edilib
12.12.2022-ci il tarixdə 96 nömrəli tam orta məktəbin müəllimləri üçün metodik seminar təşkil edilib. Seminar məktəbin direktoru Mehriban Hacıyevanın mentorluğu ilə keçirilib. Seminarın mövzusu "Müasir dərs və müasir dərsə verilən tələblər" olub. Metodiki seminarın təşkil edilməsinin məqsədi məktəbin pedaqoji heyətinin metodiki bacarıqlarının artırılması və peşəkar inkişafının təmin edilməsi, məzmunlu təhsil, təlim və tərbiyə prosesini düzgün qurmaq üçün yaranmış səriştə ehtiyaclarının qarşılanması olub. Seminarda müəllimin dərsə hazırlığının müxtəlif aspektləri, fəal və interaktiv təlimin oxşar və fərqli cəhətləri, layihə əsaslı tədris, dərsin planlaması, dərsin məqsədinin və bu məqsədə uyğun qiymətləndirmə meyarlarının müəyyən edilməsi, qiymətləndirmə vəsaitlərinin hazırlanması, iş forması, iş üsulları, iş vərəqlərinin tərtibatına verilən tələblər kimi vacib nüanslara toxunulub. Bu seminarda ana dili, ingilis dili, rus dili, tarix və coğrafiya fənnini tədris edən fənn müəllimləri iştirak ediblər. Seminarın bu həftə növbəti günlərdə də dərs prosesi yekunlaşdıqdan sonra digər fənn müəllimləri üçün silsilə olaraq təşkil edilməsi nəzərdə tutulub.