SAF- STEAM 2022 Azərbaycan festivalında komandamız qalib ola bilməsə də, uğurlu çıxış edib
SAF-STEAM Azərbaycan festivalının "Təhsil Dronları" kateqoriyası üzrə seçim mərhələsindən uğurla keçib final festivalına qatılan 96 nömrəli tam orta məktəbin Kop 96 komandası qalib ola bilməsə də uğurlu çıxışı ilə diqqət çəkə bilib. Bu təqdimat şagirdlərimizin bu arenada ilk peşəkar təqdimatları idi. Elə bu münasibət ilə 12.12.2022-ci il tarixdə məktəbimizin direktoru Mehriban Hacıyeva festivalda iştirak etmiş şagirdlərimizi qəbul edib, onlarla xoş təəssüratlarını bölüşüb və uğurlu çıxış üçün, çəkilən zəhmət üçün şagirdlərə və məktəbin STEAM müəllimi Kəmalə Ələkbərovaya təşəkkür edib.