Müəllimlərimiz "Biliyini paylaş" layihəsindədirlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18.11.2022-ci il tarixli F-386 nömrəli əmri ilə təsdiq edilmiş "Biliyini paylaş" layihəsinə 96 nömrəli tam orta məktəbin də iki müəllimi qoşulub. Məktəbimizin fizika müəllimi, əməkdar müəllim, fizika fənni üzrə vəsait müəllifi, mentor Sevda Əskərli və bacarıqlı ibtidai sinif müəllimimiz Lalə Mustafayeva artıq layihədədirlər. Sevda müəllimin layihə mövzusu "Oynayaraq öyrənək", Lalə müəllimin layihə mövzusu isə "Layihə əsaslı dərslərdə qiymətləndirmə üsulları"dır.

09.12.2022-ci il tarixdə Lalə müəllimin mentorluğu altında fəaliyyət göstərəcək qrupla məktəbin direktoru Mehriban Hacıyeva görüşərək öz tövsiyyələrini verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi