Qrant layihəmiz çərçivəsində 5-ci və 6-cı terapiya məşğələləri keçirilib

05.12.2022-ci il və 07.12.2022-ci il tarixdə 96 nömrəli tam orta məktəbin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsində qalib olmuş Sensor İnteqrasiya layihəsi çərçivəsində 5-ci və 6-cı terapiya məşğələləri keçirilib. Məşğələləri peşəkar təlimçi Toğrul Eyyublu həyata keçirib. Terapiya məşğələlərində qrafik üzrə məktəbin ibtidai sinif müəllimləri də iştirak edib. Onların bu prosesdə iştirak etmələrinin əsas məqsədi korreksiya etmək bacarıqlarını əyanı şəkildə təlimçidən mənimsəməkdir. Layihə üçün təşkil edilmiş duyğu bütünləmə otağı şagirdlərin ən sevimli öyrənmə və inkişaf otağına çevrilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi