Bu gün fərqli sinif paralelində 3 maraqlı dərs dinlənilib

06.12.2022-ci il tarixdə 96 nömrəli tam orta məktəbin 3"B", 6"C" və 9"A" sinfində dinlənilən açıq dərslər müxtəlif fənləri əhatə edib. İbtidai sinifdə dərsin mövzusu "Rikki-Tikki-Tavi" olub. Müəllim Çiçək Daşdəmirova mövzunu mənimsətmək məqsədi ilə müxtəlif innovativ strategiyalardan məharətlə istifadə edib. 9"A" sinfində təqdim edilmiş ingilis dili dərsi dinləyib-anlama və oxu məzmun xətti üzrə qurulub. Dinlənilmiş və oxunmuş materiallar şagirdlərə məhsuldar müzakirə formatında mənimsədilib. Müəllim Samirə Kərimova şagirdlərin motivasiyalarının dərsboyu yüksək qalmasına şərait yaradıb. 6"C" sinfində isə dinlənilmiş ana dili dərsinin mövzusu "Sıra saylarının yazılışı" olub. Şagirdlər dərsdə fəal iştirak edib və öyrəndikləri qaydanı tətbiq edərək nümunələr göstərə biliblər. Hər üç dərs məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən dinlənildikdən sonra ətraflı müzakurə edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi