"Uşaq müdafiəsi və təhlükəsizliyi" layihəsi çərçivəsində görülən işlərin növbəti monitorinqi aparılıb

Unicef və BŞTİ-nin birgə təşəbbüsü ilə bir neçə pilot məktəbdə, o cümlədən, 96 nömrəli tam orta məktəbdə tətbiq olunan "Uşaq müdafiəsi və təhlükəsizliyi" layihəsinin növbəti monitorinqi aparılıb. BŞTİ-nin İnkişaf layihələri sektorunun nümayəndəsi Şəhanə Bağırova 30.11.2022-ci il tarixdə məktəbimizdə olub, layihənin işçi qrupu ilə görüşüb. Şəhanə xanım baş vermiş keysləri əks etdirən formalarla tanış olub, siniflərdə şagirdlərlə söhbət aparıb, görülmüş işlərin hesabatını dinləyib və maarifləndirmə işinin səviyyəsi ilə maraqlanıb. Məktəbdə layihə çərçivəsində noyabr ayında görülmüş işlər qənaətbəxş hesab edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi