Duyğu bütünləmə istiqamətində 3-cü terapiya məşğələləri keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1669886900638873b4bbb396.26400694.jpg)
30.11.2022-ci il tarixdə 96 nömrəli tam orta məktəbin duyğu bütünləmə otağında 3-cü terapiya məşğələləri həyata keçirilib. Təcrübəli təlimçi və psixoloq Toğrul Eyyublu otaqda quraşdırılmış idman qurğularından və terapiya alətlərindən istifadə edərək bu məşğələ boyunca da uşaqlarda korreksiya işlərini həyata keçirib. Terapiya məşğələləri zamanı məktəbin layihəyə qoşulmuş ibtidai sinif müəllimləri də prosesi izləyib və müəyyən qeydlər götürüb. Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsinin qalibi olmuş məktəbin "Sensor İnteqrasiya" adlı layihəsi çərçivəsində həyata keçirilən bu işlər artıq öz müsbət nəticəsini verməyə başlayıb.