Pedaqoji kollektivlə iclas keçirilib

30.11.2022-ci il tarixdə BŞTİ- nin rəhbər heyəti məktəb direktorları ilə görüş keçirib. Bu görüşdə məktəb rəhbərlərinə müəyyən təlimatlar və tövsiyələr verilib, müxtəlif qurumlar tərəfindən keçirilmiş monitorinqlərin nəticələri müzakirə edilib, diqqət yetirilməli nüanslar vurğulanıb. Rəhbərliyin tövsiyə və tapşırıqlarını kollektivə çatdirmaq üçün iclasdan sonra 96 nömrəli məktəbin direktoru Mehriban Hacıyeva pedaqoji heyətlə onlayn iclas keçirib. İclas saat 21.00- da başlayib və 22.00-dək davam edib. İclasa 60-dan çox müəllim qoşulub. Teams üzərindən həyata keçirilən bu görüşdə BŞTİ-nin müdiri Mehriban xanım Vəliyevanın məktəb rəhbərliyindən və müəllim heyətindən gözləntiləri və tələbləri məktəbin direktoru tərəfindən bir daha kollektivə çatdırılıb, müəllimlərə müəyyən tapşırıqlar verilib, görüləcək işlər vurğulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi