"Multikultral dəyərlər şagird düşüncəsində" adlı tədbir keçirilib

 

Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində parlaq tarixi qələbə qazanan və yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurları, əldə olunmuş nailiyyətlər, habelə bu siyasətin prioritet istiqamətləri barədə hər bir vətəndaşımızın məlumatalandırılmasının müstəsna əhəmiyyətini nəzərə alaraq Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının “İdeoloji maarifləndirmə işinin aparılmasına dair” 25 fevral 2022-ci il tarixli 55 nömrəli sərəncamı ilə yaradılmış təbliğat qruplarının yerlərdə aparacaqları ideoloji maaarifləndirmə işi ilə əlaqədar tərtib edilmiş II yarımillik Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərdən biri kimi “Multikultural dəyərlər şagird düşüncəsində “ adlı tədbir 96 nömrəli tam orta məktəbdə keçirilib. Tədbirdə Sabunçu rayon 107 nömrəli tam orta məktəbin, 74 nömrəli tam orta məktəbin, 309 nömrəli tam orta məktəbin, 72 nömrəli məktəb-liseyin və 309 nömrəli tam orta məktəbin direktorları, şagirdləri, valideynləri və müəllimləri işrirak ediblər.Tədbir dövlət himninin səslənməsi ilə başlayıb. 96 nömrəli tam orta məktəbin direktoru Mehriban Hacıyeva qonaqları salamlayaraq, tədbirin formatı və mahiyyəti barədə məlumat verib. Sonra söz bu ideoloji maarifləndirmə işində rayon məktəblərinə kuratorluq rdın 74 nömrəli tam orta məktəbin direkroru Murad Zeynalova verilib. Murad müəllim mövzu ətrafında çıxış edərək, multikultural dəyərlərə gənc nəsil tərəfindən sahib çıxılmasının və bu dəyərlərin yaşadılmasının dövlət və xalq üçün önəmindən söz açıb. 96 nömrəli tam orta məktəbin tarix müəllimi Nəzakət Əzizzadə isə öz çıxışında Qarabağda məhv edilmiş mədəni irsimizdən və pozulmuş multikultural dəyərlərdən danışıb. Sonra söz iştirakçı məktəblərin şagirdlərinə verilib. Məktəblilərin ifasında müxtəlif xalqların rəqsləri, mahnıları ifa edilib, müxtəlif dillərdə mövzuya aid təqdimatlar göstərilib. Yuxarı sinif şagirdləri "Dövlət siyasətində mültikulturalizmin yeri", "Ulu öndər Heydər Əliyev Azərbaycanda multikulturalizmin banisi kimi" mövzularında tədqiqat xarakterli çıxışlar ediblər. Tədbir maraqlı və yüksək səviyyədə təşkil edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi