Şagird ekspert qrupu ilə noyabr ayının hesabat iclası keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16697189896385e3cd0a1207.06342784.jpg)
Məktəbimizdə ötən tədris ilindən "Şagird ekspert qrupu ilə birgə iş" layihəsi uğurla davam edir. 8-11-ci siniflər üzrə hər sinifdən müəyyən meyarlara əsasən seçilən şagird ekspertlər hər ayın sonu məktəb rəhbərliyi ilə hesabat görüşü keçirir. Bu görüşlərdə məktəb rəhbərliyi şagirdlərin məktəbdə cərəyan edən aylıq təlim-tərbiyə prosesi, sinifdaxili situasiyalar, şagirdlərarası münasibətlər, müəllim-şagird kommunikasiyası, valideyn-müəllim-şagird üçbucağı barədə fikirlərini dinləyir, problemləri qeydə alir, onlarin özlərinin iştirakı ilə birgə həll yolları axtarırlar. Gedən proseslərə şagird nəzəri ilə baxmaq, onların avantaj və ya dezavantaj hesab etdikləri nüansları onların prizmasından görmək rəhbərliyə öz iş mexanizmində müəyyən dəyişikliklər etməyə və ya əksinə vəziyyəti stabil saxlamağa əsas verir