Qalib layihəmiz çərçivəsində 2-ci terapiya məşğələləri keçirilib
96 nömrəli tam orta məktəbin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsində qalib olmuş Sensor İnteqrasiya layihəsi çərçivəsində işlər səylə davam edir. Növbəti, ikinci terapiya məşğələləri 28.11.2022-ci il tarixində keçirilib. Məktəbin binasında təşkil edilmiş terapiya otağı bu istiqamətdə yüksək səviyyəli korreksiya işlərini həyata keçirmək üçün bütün tələblərə cavab verir və duyğu bütünləmə sayəsində dövlət ümumtəhsil məktəbində yaradılmış ilk terapiya otağıdır. Valideynlər görülən işlərdən və göstərilən xidmətdən razılıq edir. Elm və Təhsil Nazirliyinin cəmiyyətimiz və təhsilimiz üçün aktual, gərəkli və faydalı olan bu tip layihələri maliyyələşdirilməsi dövlət ümumtəhsil məktəblərinə orada təhsil alan və psixoloji, pedaqoji korreksiyaya ehtiyacı olan şagirdləri normal sosial mühitə, cəmiyyətə qazandırmaq şansı yaradır. Məhz, bu tədris ilində belə bir şansdan yararlanan 96 ailəsi peşəkər təlimçilər Töğrul Eyyublu və Təranə Möhsünovanın, eləcə də məktəbin psixoloqu Sevinc Abdullayevanın əməyi və səyi nəticəsində üzərinə düşən işləri uğurla həyata keçirir.