"Zəfər" məktəblilərarası 1-ci tarix olimpiadasının ilk turu keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16694575156381e66bc93451.60038994.jpg)
26.11.2022-ci il tarixdə bütün məktəblərdə, eləcə də 96 nömrəli tam orta məktəbdə "Zəfər" məktəblilərarası 1-ci tarix olimpiadasının ilk turu keçirilib.Olimpiada məktəb rəhbərliyinin nəzarəti altında təşkil olunub. Olimpiada saat 11.00-da başlayıb. Şagirdlər tək-tək əyləşiblər. Şagirdlərə elan edilib ki, səhv cavablar düz cavablara təsir edir. Olimpiadada şagirdlərə işləmək üçün 1 saat vaxt verilib. Şagirdlərin sayı qədər sual kitabçaları həmin gün saat 9.00 da çap edilib hazırlanaraq saat 11.00-da şagirdlərə paylanılıb. Otaqlara nəzarətçi müəllimlər əvvəlcədən təhkim edilib. Bütün təşkilati məsələlərə məktəb rəhbərliyi birbaşa nəzarət edib.