Şagirdlərimizin icbari dispanserizasiyası aparılıb
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1669366434638082a21c8a79.32246909.jpg)
23.11.2022-ci il tarixdə "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən məktəbimizdə şagirdlərin icbari dispanserizasiyası həyata keçirilib.Uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliklərin ilkin mərhələdə aşkar edilməsi məqsədi ilə kompleks profilaktika , diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən ibarət olan aktiv dinamik müşahidə sistemini özündə ehtiva edən dispanserizasiya prosesi məktəbin həkimi, tibb bacısı və Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən 11 nömrəli şəhər poliklinikasının peşəkar səhiyyə işçiləri tərəfindən yüksək səviyyədə həyata keçirilib. Uşaqların sağlamlıq hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət edən bu prosesin lazımı şəkildə təşkil edilməsi və həyata keçirilməsi üçün məktəb rəhbərliyi gərəkli təşkilati işləri görüb və məktəbin direktoru Mehriban Hacıyeva prosesi şəxsən izləyib.