Açıq dərslərimiz davam edir

24.11.2022-ci il tarixdə 7"A" sinfində fizika fənnindən açıq dərs təqdim edilib. Dərsin mövzusu "Ümumdünya cazibə qanunu" olub. Dərsi təşkil edən məktəbin fizika müəllimi Xatirə Rzayeva dərsin ilkin mərhələsində şagirdləri mövzuya uğurla motivə edə bilib. Dərsin inteqrativ və yaradıcı dərs kimi yadda qalmasına nail olan müəllim və şagirdlər uğurlu dərs nümuməsi təqdim ediblər. Dərs məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova, tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanova və fənn müəllimləri tərəfindən dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi