Qrant layihəsi çərçivəsində terapiya məşğələlərinə və müəllim təlimlərinə start verilib

23.11.2022-ci il tarixdən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsində qalib olan məktəb layihəmiz Sensor İnteqrasiya (Duyğu bütünləmə) layihəsi çərçivəsində terapiya məşğələlərinə və müəllim təlimlərinə start verilib. Həmin tarixdə 2 şagird qrupu terapiyaya, 6 ibtidai sinif müəllimi isə təlimə cəlb edilib. Həftə içərisində növbəli şəkildə digər şagird qrupları və müəllimlərin də prosesə cəlb edilməsi nəzərdə tutulub. Qrant layihə çərçivəsində terapiya qrupları uşaqların yaş və ümumi psixoloji xüsusiyyətlərinə görə təşkil edilib. Təlimlər və məşğələlər məktəbdə dərs bitdikdən sonra başlayıb. Peşəkar təlimçi Toğrul Eyublu ilk məşğələdən uşaqların qəlbinə yol tapa bilib. Davamlı səylər və əmək sayəsində şagirdlərimizdə effektiv korreksiya nəticələrinə müvəffəq olacağımıza ümid edirik. Şagirdlərin duyğu orqanlarının qavrama funksiyalarını korreksiya etmək və bunun davamlılığını növbəti illərdə təlimatlandırılmış müəllimlərimiz vasitəsi ilə təmin etmək layihənin işçi qrupu üçün əsas prioritet hədəfdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi