Vl-VII siniflərdə BŞTİ tərəfindən fənn müsabiqələri və fənn olimpiadaları üçün təşkil ediləcək hazırlıq qruplarının seçim imtahanı keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1669202462637e021e961433.46794713.jpg)
23.11.2022-ci il tarixdə məktəbimizdə VI-VII sinif şagirdləri üçün riyaziyyat və məntiq fənni üzrə BŞTİ tərəfindən imtahan keçirilib. İmtahan aşağı yaş qrupları arasında fənn müsabiqələrinə və fənn olimpiadalarına hazırlıq qruplarının təşkil edilməsi üçün seçim məqsədi daşıyıb. İmtahan saat 10.00-da başlayıb. İmtahana VI siniflərdə təhsil alan 100 şagird və VII siniflərdə təhsil alan 81 şagird cəlb edilib. İdarə tərəfindən göndərilmiş sual pdf-ləri kitabça şəklində çap edilərək şagirdlərə paylanıb. Şagirdlərin obyektiv seçimini təmin etmək üçün məktəb tərəfindən imtahana nəzarət yüksək səviyyədə təşkil edilib. İmtahanın 80 dəqiqə davam etməsi nəzərdə tutulub. Nəticələr məlum olduqdan sonra hər sinif paraleli üzrə ən yüksək nəticə göstərmiş 4 şagird ikinci mərhələyə keçid alacaq.