SAF- STEAM Azərbaycan festivalında komandamız seçim turunu uğurla keçib
SAF-STEAM Azərbaycan festivalının "Təhsil Dronları" kateqoriyası üzrə seçim mərhələsinə qatılan 96 nömrəli tam orta məktəbin Kop 96 komandası 12 noyabr tarixində STEAM Mərkəzində təşkil edilmiş seçim mərhələsini uğurla keçərək növbəti tura adlayıb.
Qeyd etmək istəyirik ki, müsabiqəyə Bakı şəhəri və bölgələrdən qatılmış 250 komandadan yalnız 35 komanda növbəti mərhələyə keçid alıb. Şagirdlərimiz Anar Nadirovu və Ağakişi Muradzadəni, eləcə də onları bu müsabiqə üçün hazırlayan müəllimləri Kəmalə Ələkbərovanı təbrik edir, onlara növbəti mərhələdə uğurlar arzu edirik.