Qalib layihəmiz çərçivəsində işlər davam edir

İlqar Əliyev adına 96 nömrəli tam orta məktəbin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsinin qalibi olmuş Sensor İnteqrasiya (Duyğu bütünləmə) layihəsi uğurla həyata keçirilməkdədir. Layihənin açılış mərasimi baş tutduqdan sonra məktəb üzrə layihədə korreksiyası nəzərdə tutulmuş əlamətlərə sahib I-IV siniflər üzrə şagirdlər seçilərək uyğun qruplarda qruplaşdırılıb. Eyni zamanda hər bir qrup üzrə 12 ibtidai sinif müəllimindən də bərabər sayda müəllimlər terapiya məşğələləri üçün təhkim edilib. Hal-hazirda terapiya otağının lazımı avadanlıqlarla təchizatı yekunlaşmaq üzrədir. Terapiya məşğələlərinə növbəti həftədən başlanılması nəzərdə tutulub. 15 gün davam edəcək məşğələlərdə peşəkar təlimçi həm şagirdlərin korreksiyası ilə məşğul olacaq, həm də qruplara təhkim edilmiş müəllimlərə terapiya üsullarını öyrədəcək. Bu isə layihənin növbəti illərdə davamlılığını təmin edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi