17 noyabr Milli Dirçəliş Günü ilə bağlı mühazirə oxunub
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/166850672463736464db1db3.70338238.jpg)
1988-ci il noyabrın 17-də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, sovet imperiyasına qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi olub. 17 noyabr Milli Dirçəliş Günü ilə bağlı şagirdlərin maarifləndirilməsi, Vətənin milli azadlıq hərəkatı tarixinə uşaqların dərindən bələd olması, yetişən gənc nəslin vətənpərvərlik kimi vacib dəyərlərin fonunda tərbiyə edilməsi üçün 15.11.2022-ci il tarixdə Azərbaycan İstiqlal Muzeyinin elmi kütləvi işlər şöbəsinin elmi işçisi Ramida Mamedova 96 nömrəli tam orta məktəbdə olub və mövzu ətrafında X-XI sinif şagirdlərinə mühazirə oxuyub.