"Uşaq müdafiəsi və təhlükəsizliyi" mövzusunda maarifləndirici tədbir keçirilib.

15.11.2022-ci il tarixində 96 nömrəli tam orta məktəbdə V-VIII sinif şagirdləri, sinif rəhbərləri və valideynlər üçün "Uşaq müdafiəsi və təhlükəsizliyi" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbiri təşkil edən məktəbin coğrafiya müəllimi, eyni zamanda 7"A" sinfinin sinif rəhbəri Şəlalə Səmədova və məktəbin psixoloqu Sevinc Abdullayeva olub. Tədbirdə bu il 96 nömrəli məktəbin pilot məktəb kimi qoşulduğu "Uşaq müdafiəsi və təhlükəsizliyi" layihəsi, layihənin işləmə mexanizmi və tədris ili başlayandan layihə çərçivəsində görülmüş işlər barədə şagird, müəllim və valideyn heyətinə geniş məlumat verilib. Eyni zamanda layihənin işçi qrupunun üzvü olan Sevinc Abdullayeva və sinif rəhbəri Şəlalə Səmədova cəmiyyətdə qanunvericiliyin təmin etdiyi uşaq hüquqları və bu uşaq hüquqları pozulduğu halda dövlət və aidiyyatı təşkilatlar tərəfindən atıla biləcək qanuni addımlar barədə məlumatlandırıcı çıxış ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi