Pedaqoji Şuranın növbəti iclası keçirilib

11.11.2022-ci il tarixində 96 nömrəli məktəbin akt zalında Pedaqoji Şuranın illik fəaliyyət planına uyğun olaraq cari tədris ilinin növbəti Pedaqoji Şura iclası keçirilib. Gündəlikdə IX və XI siniflərdə buraxılış fənləri üzrə aparılmış monitorinqin nəticələrinin müzakirəsi, təmayül siniflərində təmayül fənlərinin tədrisi vəziyyəti, V siniflərdə xarici dilin tədrisi vəziyyəti, fənn aylıqlarının təşkili, keçirilmiş tədbirlərin təhlili, BŞTİ-nin təşkil etdiyi məktəb seminarlarında müzakirə edilmiş əsas nüansların pedaqoji heyətə çatdırılması kimi məsələlər yer alıb. İclasda gündəlik ətrafında məktəbin direktoru Mehriban Hacıyeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Rüstəmova, tərbiyə işləri üzrə direktor müavini Nigar Süleymanova, psixoloq Sevinc Abdullayeva, UBR Kəmalə Sadıqova çıxış ediblər. Çıxışlar bitdikdən sonra müəllimlərin rəy və təklifləri dinlənilib, onları narahat edən nüanslara aydınlıq gətirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi