XI siniflərdə elektron sınaq imtahanı keçirilib
14.11.2022-ci il tarixdə 96 nömrəli tam orta məktəbin 3 sinfində komplektləşdirilmiş 61 şagird elektron sınaq imtahanına cəlb edilib. Buraxılış imtahanının formatında təşkil edilmiş bu imtahan ana dili, riyaziyyat və ingilis dili fənlərini əhatə edib. İmtahan kompyuter otaqlarında şagirdlərin platformaya öncədən açılmış şəxsi kabinetləri vasitəsi ilə daxil olaraq imtahan linkinə tıklayıb "imtahanı başla" düyməsini sıxması ilə başlayıb. Onlara 3 saat vaxt verilib. Vaxt və nəticələr elektron qaydada monitorda proqram vasitəsi ilə idarə edilib. İmtahanı tez başa çatdıranlar "imtahanı bitir" düyməsini sıxmaqla nəticələrini monitorda görə biliblər. Eyni zamanda yanlış sualların cavablarını da geri qayıdıb analiz edə biliblər.