Fənn aylıqları çərçivəsində açıq dərslər davam edir
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/16684869436373171f3e57e3.70638506.jpg)
14.11.2022-ci il tarixdə 96 nömrəli tam orta məktəbin 9"C" sinfində fizika fənnindən, 10"R" sinfində tarix fənnindən, 6"A" sinfində isə coğrafiya fənnindən açıq nümunə dərslər təşkil edilib. Fizika müəllimi Nəsibə Əsgərlinin fasilitatorluğu ilə həyata keçirilən dərs əyaniliyi və praktiki təcrübələrlə zənginliyi ilə diqqət çəkib. "Elektron maqnit sahələri və onların tətbiqi " mövzusuna həsr edilmiş dərs öz inteqrativliyi və gündəlik məişətdəki aktuallığı ilə şagirdlərin diqqətini xüsusi ilə cəlb edib. Şagirdlər dərsboyu fəallıq nümayiş etdirib və həyatda rastlaşdıqları nümunələrlə fikirlərini əsaslandırıblar. 10"R" sinfində təşkil edilmiş tarix dərsi fənn müəllimi Nəzakət Əzizzadə tərəfindən təqdim edilib. Dərsin mövzusu "Azadlıq hərəkatı" olub. Dərsdə fəal dərsin müxtəlif elementləri məqsədəuyğun şəkildə istifadə edilib. Şagirdlər dərsə "Babək" filmindən kiçik bir fraqmentə baxmaqla başlayıblar. Dərs interaktiv təşkil edilib. Şəlalə Səmədovanın tədris etdiyi coğrafiya dərsi də xəritə üzərində təşkil edilmiş maraqlı oyunla yadda qalıb. "Dünya ölkələri" mövzusuna həsr edilmiş dərs sanki şagirdləri Yer Kürəsi boyunca gəmi ilə səyahətə götürüb. Məqsədinə çatmış dərs müəllimin apardığı əhatəli refleksiya və qiymətləndirmə ilə yekunlaşıb. Şagirdlərin mövzunu tam mənimsəməsi və müəllimin standartları reallaşdırması uşaqların verdiyi əhatəli cavablardan tam aydın olub. Bütün dərslər fənn müəllimləri və məktəb rəhbərliyi tərəfindən izlənilib və hər bir dərsin ayrı-ayrı müzakirəsi təşkil edilib.