Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə məktəbimizdə səyyar fotosərgi təşkil olunub
Azərbaycan İstiqlal muzeyi 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin ikinci ildönümü ilə əlaqədar Zəfər həftəsi (01-05.11.2022) çərçivəsində muzeydaxili və muzeydənkənar silsilə tədbirlər keçirib. Həftə ərzində 44 günlük Vətən Müharibəsi şəhidlərinin xatirəsini yad etmək və vətənpərvərliyin təbliği məqsədi ilə ötən ildən etibarən davam edən “Qəhrəmanlar Can Verir, Yurdu Yaşatmaq üçün” adlı layihə çərçivəsində səyyar fotosərgilər təşkil olunub. 96 nömrəli tam orta məktəbdə (05.11.2022) də təşkil olunan səyyar fotosərgilərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına şəhid olan Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Abdurahmanov Əfqan, kapitan Əsgərov Samid, Həsənov Əsəd, polkovnik-leytenant Quliyev Rəşad, baş leytenant Qasımlı Muxtar, gizir Babayev Yaşar, İbrahimov Elnur, Rüstəmov Vüsal, kiçik çavuş Qasımov Şəhriyar, Nəsirov Elçin, Orucov Xudayət, əsgər Səlimov Şiralı, Eyvazlı Məzdək, Kəlbiyev Şaiq, Teymurlu Orxana məxsus, muzeyin fondlarında qorunub saxlanılan fotoşəkillər nümayiş olunub. Sərginin gənc nəslə verdiyi əsas mesaj o olub ki, Azərbaycan xalqı olaraq bizlərə bu möhtəşəm zəfər sevincini yaşadan qəhrəman şəhidlərimizi heç bir zaman unutmayacaq, onları daima fəxr və qürur hissi ilə anacağıq!